Azərbaycanda futbol klubu təcili yardım nümayəndəsinə görə cəzalandırıldı

13:40 08-09-2020 551

Azərbaycanda cari futbol mövsümündə cəzalandırılan klublar bəlli olub.

Peşəkar Futbol Liqasının saytı xəbər verir ki, İntizam Komitəsinin bu gün keçirilən iclasında Premyer Liqanın I turu ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Neftçi” – “Səbail” oyununda “Neftçi” klubunun dörd futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur;

“Sumqayıt” – “Keşlə” oyununda “Keşlə” klubunun 3 nömrəli futbolçusu Tərlan Quliyev sifariş vərəqəsində qeyd olunan nömrəsindən fərqli nömrəli formada meydançaya çıxdığı üçün klub 800 manat cərimə olunur;

“Qəbələ” – “Zirə” oyununda təcili yardım nümayəndəsi təyin olunan vaxtda oyun öncəsi iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 400 manat cərimə olunur;

“Qəbələ” – “Zirə” oyununda topdaşıyan şəxslərin yaş həddi pozulduğu üçün meydan sahibi klub 800 manat cərimə olunur;

“Zirə” klubunun 21 nömrəli futbolçusu Hacıağa Hacılı qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün bir oyun cəzalanır, klub 200 manat cərimə olunur.