Məhkəmə Mixail Yefremova hökm oxudu

14:20 08-09-2020 323

Məşhur rusiyalı aktyor Mixail Yefremov ölümlə nəticələnən avtomobil qəzasında təqsirli bilinərək səkkiz il müddətinə azadlıqdan məhrum edilib.

Bu barədə “Meduza” agentliyi məlumat yayıb.

Hökmə əsasən, M. Yefremov cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Xatırladaq ki, M.Yefremov iyunun səkkizində Moskvanın mərkəzində qəza törədib.

Onun maşını qarşıdakı zolağa çıxıb və mikroavtobusa çırpılıb. Hadisə nəticəsində mikroavtobusun sürücüsü Sergey Zaxarov ölüb.