DİM sədrindən valideyn himayəsindən məhrum olan abituriyentlərlə bağlı AÇIQLAMA

16:20 08-09-2020 397

Daha əvvəl yalnız qaçqın və məcburi köçkünlərin təhsil haqları dövlət tərəfindən ödənilirdisə, bu il valideyn himayəsindən məhrum olan abituriyentlərin də təhsil haqlarını dövlət qarşılayacaq.

Bunu onlayn mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

M.Abbaszadə bildirib ki, həmin kateqoriyadan olan tələbələr ödənişli yerlərə qəbul olunduqda, təhsil haqqının dövlət hesabına ödənilməsi üçün ali məktəbə müraciət edə bilərlər.

“Sosial güzəştlərin təmin edilməsi ilə bağlı məsələ DİM-in səlahiyyətləri daxilində deyil. Bununla bağlı müvafiq qərarlar hökumət tərəfindən verilir. Biz isə həmin qərarların icrası ilə məşğuluq”.