Ukraynada marixuana və fahişəliyin leqallaşdırılması üçün referendum təklif edildi

21:00 08-09-2020 407

Ukraynada marixuana və fahişəliyin leqallaşdırılması məsələsi referendum formatında həll edilməlidir.

Bu barədə “İzvestiya” Ukrayna Daxili İşlər nazirinin müavini Anton Geraşenkoya istinadən məlumat yayıb.

“Nə vaxtsa biz buna da gəlib çatacağıq, ancaq hələlik cəmiyyət buna hazır deyil”, - deyə nazir müavini bildirib.

Nazir müavini həmçinin qeyd edib ki, söhbət marixuananın yalnız müalicə məqsədilə istifadəsindən gedir.