Avtobusun altında qalan iki yeniyetmə qızın xilas anı - VİDEO

22:40 08-09-2020 494

Sosial şəbəkələrdə avtobusun altında qalan iki qızın xilas olma anları əks olunmuş görüntülər paylaşılıb.

REN TV-nin məlumatına görə, kadrlar Rusiyanın Murmansk şəhərindəndir.

15 və 16 yaşlarında olan qızların xilas edilməsi üçün domkratın köməyi ilə avtobus qaldırılıb.

Qızlar xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyəti orta qiymətləndirilir.