Ronaldu möhtəşəm zərbəsi ilə millidə 100-cü qoluna imza atdı - VİDEO

00:20 09-09-2020 596

UEFA Millətlər Liqasının II turunda İsveç - Portuqaliya matçında komandasının kapitanı kimi çıxış edən Kriştianu Ronaldu möhtəşəm qola imza atıb.

Forvard ilk hissəyə əlavə edilmiş dəqiqələrdə fərqlənib. Ronaldunun cərimə zərbəsindən vurduğu bu qol millidə vurduğu 100-cü qol olub. 

Qeyd edək ki, hazırda oyunda hesab 0-1 Portuqaliya millisinin xeyrinədir.