Londonda dünyanın ən böyük virtual marafonu keçiriləcək

02:00 09-09-2020 441

Məşhur London Marafonu-2020 pandemiya səbəbindən ilk dəfə virtual formatda keçiriləcək.

“Reuters” agentliyinin verdiyi məlumata görə, 40-cı dəfə keçiriləcəyi planlaşdırılan marafonda iştirak etmək istəyənlər tətbiqdə qeydiyyatdan keçməklə olduqları yerdən yarışa qatıla biləcəklər.

Təşkilatçıların fikrincə, dünyanın ən yaxşı qonaqlarını cəlb edən yarış aprel ayında keçirilməli idi, ancaq epidemioloji vəziyyətə görə payıza təxirə salınıb.

Tədbir 4 oktyabr tarixində London parkının mərkəzində qapalı ərazidə mövsümün qalibləri və məhdud sayda iştirakçı ilə başlayacaq.

Qeydiyyatdan keçən iştirakçılar seçilən marşrut boyunca 42 kilometr 195 metr məsafəni qaçmaq imkanı qazanır. 36 dollar ödəməklə onlar start nömrələrini və formalarını alacaqlar. Məsafəni 24 saat ərzində qət etsələr, tətbiqetməyə vaxtlarını qeyd edə biləcəklər. 

Bilet satışından əldə olunan gəlir xeyriyyə məqsədi ilə xərclənəcək.