Bakıda avtomobil beton səddə çırpıldı - VİDEO

09:20 09-09-2020 448

Bakıda Novxanı-Masazır avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Baku TV xəbər verir ki, hərəkətdə olan “Mercedes” markalı 10-SU-966 dövlət nömrə nişanlı minik avtomobilinin sürücüsü idarəetməni itirərək, nəqliyyat vasitəsini yol kənarında olan betona çırpıb. 

Xoşbəxtlikdən ölən olmayıb, lakin sürücü müxtəlif bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.