Makronun davamlı öskürməyi ətrafdakıları şübhəyə saldı - VİDEO

22:00 09-09-2020 480

Tələbələr qarşısında çıxış edən Fransa prezidenti Emmanuel Makron davamlı öskürməyi ilə diqqət çəkib.

Xəbəri “Ouest-France” agentliyi yayıb.

Fransa prezidenti maskanı çıxaraq su içib və çıxışını davam etməzdən əvvəl təzə maska taxıb.

“Nəfəsimə nə isə getdi və öskürdüm. Buna görə maskamı daha yüngül ilə dəyişdirməyə qərar verdim”, deyə  Makron hərəkətini izah edib.

Fransa prezidenti əlavə edib ki, bir neçə gün əvvəl koronavirus testindən keçib və nəticələr mənfi olub.