Mövsümi qrip, yoxsa koronavirus? - VİDEO

12:00 11-09-2020 519

İsti yay mövsümünün bitməsi və havaların getdikcə soyuması qripə yoluxma hallarının artmasına gətirib çıxarır.

Payızda mövsümi qriplərə yoluxmanın ənənəvi hal olduğunu nəzərə alsaq, koronavirusla adi qrip viruslarını necə fərqləndirmək lazım olduğu insanlarda maraq doğurur. Hər iki xəstəliyin əlamətlərinin oxşar olmasına baxmayaraq mütəxəssislər karonavirusun mövsümi qripdən fərqinin alt tənəffüs orqanlarına keçib, sətəlcəm yaratdığını deyirlər.

Mövzu ilə bağlı ARB Xəbərin hazırladığı süjeti təqdim edirik: