Teymur Rəcəbov: “Ermənistanın Azərbaycana qarşı təcavüzünü kəskin şəkildə qınayıram” - FOTO
20:00 04-10-2020 434
Artıq bir neçə gündür ki, Vətənimizdə qanlı döyüşlər davam edir. Erməni işğalçı qüvvələri tarixi, əzəli Azərbaycan torpaqlarında xalqımıza qarşı hərbi əməliyyatlar aparmaqdadır.
Bu sözləri azərbaycanlı şahmatçı, beynəlxalq qrossmeyster Teymur Rəcəbov öz “Instagram” səhifəsində yazıb.
“Mən Ermənistanın Azərbaycana qarşı təcavüzünü kəskin şəkildə qınayıram. Erməni işğalçı qüvvələri dərhal bizim torpaqlarımızı tərk etməlidir! Bu, mövcud vəziyyətin həlli üçün yeganə çıxış yoludur. Şanlı ordumuzun cəsur əsgərləri düşməni qətiyyətlə dəf edərək doğma diyarlarımızda haqq-ədaləti bərpa edəcəklər!
Qarabağ Azərbaycandır! Qarabağ hər zaman Vətənimizin ayrılmaz hissəsi olub və olacaq!”, - deyə T.Rəcəbov qeyd edib.