Tramp xəstəxanadan buraxıldı - VİDEO

05:20 06-10-2020 430

ABŞ Prezidenti Donald Tramp koronavirus infeksiyasından müalicə olunduğu Uolter Rid hospitalını tərk edib. 

“TASS” xəbər verir ki, bununla bağlı görüntülər ABŞ telekanalları tərəfindən yayımlayıb.

ABŞ prezidenti mühafizəçilərin müşayiəti ilə tibbi maska ​​taxaraq binadan çıxıb.

Qeyd edək ki, oktyabrın 2-də Trampa və həyat yoldaşı Melaniyaya koronavirus diaqnozu qoyulmuşdu.