Hikmət Hacıyev: “Ermənistanın mülki vətəndaşlara qarşı müharibə cinayətləri dayanmır”- YENİLƏNİB

19:40 07-11-2020 511

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Bərdədə ermənilərin atəşi nəticəsində öldürülmüş yeniyetmə ilə bağlı daha bir paylaşım edib.

O, “Twitter”dəki hesabında UNICEF və BMT-nin İnsan Hüquqları Şurasına çağırış edib:

“Ermənistan terrorunun daha bir günahsız qurbanı. 16 yaşındakı gənc oğlan – Şahmalı bu gün Bərdədə Ermənistanın Azərbaycan mülki vətəndaşlarına məqsədyönlü hücumları nəticəsində öldürüldü. Bərdə döyüş bölgəsindən uzaqdır. Hərbi hücuma zərurət yox idi”.

18:26

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Ermənistan silahlı qüvvələrinin bu gün mülki əhalinin yaşadığı Bərdə və Tərtərə etdiyi hücumla bağlı fikrini bildirib.

H.Hacıyev “Twitter” hesabında bu barədə paylaşım edib:

“Ermənistanın Azərbaycan mülki vətəndaşlarına qarşı müharibə cinayətləri dayanmır. Ermənistanın hücumu nəticəsində Bərdədə bir gənc oğlan öldürüldü və Azərbaycanın Tərtər bölgəsində daha bir mülki şəxs yaralandı. Ermənistan tərəfindən öldürülən mülki şəxslərin sayı artmaqda davam edir”.

Səbuhi Musayev