Bundesliqa klubunun bütün futbolçuları karantina yerləşdirildi

04:40 12-11-2020 414

Almaniya Bundesliqasında çıxış edən “Hoffenhaym” klubunun bütün futbolçuları karantinə yerləşdirilib. 

Bununla bağlı “Haber Global” məlumat yayıb. 

Klubdan verilən açıqlamaya görə, buna səbəb klubun 5 üzvündə koronavirus testinin pozitiv çıxmasıdır. Bunlar futbolçular danimarkalı Robert Skov, israilli Munas Dabbur, eyni zamanda Sebastian Rudi, İşak Belfodil və texniki işçilərdən biridir. 

Bildirilib ki, bu səbəbdən klubun məşqləri təxirə salınıb.