Məmurların səhvinə görə ana 27 il oğlunun ölümündən xəbərsiz olub

06:40 15-11-2020 393

İspaniyada ana övladının ölümündən 27 il sonra xəbər tutub. Bununla əlaqədar olaraq ölkə məhkəməsi Daxili İşlər Nazirliyinin ailəyə 120 min funt sterlinq (269 178 AZN)  təzminat ödəməsi barədə hökm çıxarıb.

Bu barədə “Daily Mail” xəbər verib.

Məlumata görə, 1990-cı ildə Qranada şəhəri yaxınlığında baş verən yol qəzasında 24 yaşlı gənc həlak olub. Altı gün sonra hadisədən xəbərsiz ailə onun itkin düşməsi barədə hüquq mühafizə orqanlarına müraciət etdilər. Ancaq bürokratik səhv üzündən onun ölümü 27 il sonra onlara bildirilib.

Rəsmilər bu gecikməni itkin düşmüş insanlar və şəxsiyyəti bilinməyən cəsədlər haqqında məlumatları ehtiva edən polis məlumat bazaları arasında koordinasiyanın olmaması ilə izah ediblər.