“Təhsil xərci müsabiqəsi” ilə bağlı bütün suallar cavablandırılacaq

17:20 16-11-2020 451

Azərbaycan Respublikasının Gənclər Fondunun sayca üçüncü dəfə həyata keçirdiyi sosial müdafiəyə xüsusi ehtiyacı olan istedadlı gənclərin təhsil xərclərinin maliyyələşdirilməsi üzrə müsabiqə elan edilib.

Müsabiqə şərtlərinə əsasən, dövlət ali və orta ixtisas təhsili müəssisələrində qiyabi və əyani təhsil alan və yüksək təhsil göstəriciləri ilə fərqlənən gənclərə, o cümlədən, ictimai fəallıq əsas götürülərək, Milli qəhrəmanların övladları, əlil, valideynlərini itirib, valideyn himayəsindən məhrum olmuş və ya internat məzunları olan gənclərə, valideynlərindən biri əlil olan (I,II qrup) və aztəminatlı ailədən olan gənclərə üstünlük veriləcək.

Müsabiqəyə müraciətlər 30 noyabr 2020-cu il saat 18:00-dək qəbul ediləcək.
Gənclərdə müsabiqə ilə bağlı yaranan bütün suallara cavab vermək və tələbələrə daha çox məlumat çatdırmaq üçün Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov və müvafiq əməkdaşların iştirakı ilə, Fondun rəsmi facebook hesabında 20 noyabr saat 16:00-da canlı yayım baş tutacaq.

Bütün gəncləri canlı yayıma qoşulmağa və suallarını yönləndirməyə dəvət edirik!