“Ağdamı sən azad edəcəksən”: Yaralı hərbçini xilas edərkən şəhid olan əsgərimiz - VİDEPOREPORTAJ

22:20 18-11-2020 422

Atasının ona dediyi sözü tutdu şəhid Əzim Həsənov. İllər öncə Fikrət Həsənov oğluna “Ağdamı sən azad edəcəksən” dedi, Əzim də böyüdü, universiteti bitirdi və hərbi xidmətə yollandı. Atasının dediyi sözü tutdu.

Ata sözü onun yadından çıxmırdı: “Ağdamı sən azad edəcəksən”.

Elə buna görə də müharibə başlayan kimi könüllü cəbhə xəttinə yollandı Əzim Həsənov. Vətən Müharibəsinin ilk günlərindən döyüşdə iştirak etdi.

Bir neçə dəfə mühasirəyə düşən Əzim özünü və əsgər yoldaşlarını xilas edə bilib. Amma sonuncu dəfə yaralı əsgəri xilas etməyə çalışanda özü şəhid olub.

Daha ətraflı Baku TV-nin videosüjetində: