2020-nin ən bahalı şəhərləri açıqlandı

01:20 19-11-2020 342

2020-ci ildə dünyada yaşamaq üçün ən bahalı şəhərlər müəyyən edilib.

Bu barədə “Economist Group” reytinq hazırlayıb.

Reytinqdə dünyanın ən bahalı şəhərləri Honkonq, Paris və Sürix seçilib.

Mütəxəssislər dünyanın 137 böyük şəhərində 140 xidmət və məhsulun qiymətini araşdırıblar.

İlk onluğa həmçinin Təl-Əviv, Osaka, Cenevrə, Nyu-York, Kopenhagen və Los-Anceles şəhərləri daxil olub.