Paşinyan mühafizəçilərinin sayını artırdı - VİDEO

01:20 23-11-2020 450

Ermənistanın baş naziri Nikol Paşinyan mühafizəçilərinin sayını artırıb.

Bu barədə yerli mətbuat məlumat yayıb.

Bildirilib ki, Paşinyan və xanımı Anna Akopyan Müqəddəs Eçmiadzin kilsəsinə xeyli sayda mühafizəçinin müşayiəti ilə gedib.

Ancaq baş nazirin mühafizəçilərinin sayını xeyli artırması mətbuatın diqqətindən yayınmayıb.

Qeyd edilib ki, Paşinyan və xanımı kilsənin ərazisinə girən kimi mühafizəçilər onun qapılarını bağlayıblar.

Əlavə edək ki, Ermənistan müxalifəti artıq bir neçə gündür ölkə hakimiyyəti əleyhinə kütləvi etiraz aksiyaları keçirir. Paytaxt Yerevan və digər şəhərlərdə keçirilən aksiyalarda etirazçılar Paşinyanın hakimiyyət komandasının istefasını tələb edirlər.