Goranboyda qəza oldu, bir nəfər yaralandı

03:40 23-11-2020 439

Goranboy rayonunda yol qəzası baş verib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Goranboy-Zeyvə yolunda qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1981-ci il təvəllüdlü Zeyvə kənd sakini Rzayev Şahlar Şahmar oğlu müxtəlif bədən xəsarətləri alıb. Ətrafdakıların köməyi ilə yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.