Yaponiya sahillərində 6,2 bal gücündə zəlzələ olub

00:40 21-12-2020 388

Yaponiya sahillərində 6,2 bal gücündə zəlzələ baş verib.

ABŞ-ın Geoloji Xidməti xəbər verir ki, yeraltı təkanların episentri Honsü adasındakı Xatinoxe şəhərindən 99 kilometr şimal-şərqdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur.