Üç ölkə koronavirusa görə Böyük Britaniyaya uçuşları dayandırdı

03:40 21-12-2020 313

İtaliya, Niderland və Belçika Böyük Britaniyaya uçuşları dayandırır.

Buna səbəb Birləşmiş Krallığın cənub-şərqində daha sürətli yayılan yeni bir koronavirus növünün aşkarlanmasıdır.

Eyni siyasəti Fransa və Almaniya da həyata keçirir.

REN TV BFM TV-yə istinadən xəbər verir ki, bu iki ölkə tək hava deyil, "dumanlı Albion” ilə dəmir yolu əlaqəsini də dayandırmaq niyyətindədirlər.