Neandertalın geninin COVID-in ağır gedişatına təsiri müəyyən edilib

04:40 26-12-2020 301

Alimlər neandertalın irsi ilə əlaqəli koronavirusun ağır gedişatına təsir edən genetik faktor tapıblar.

Vesti.ru xəbər verir ki, tədqiqatçılar Avrasiyada insanların 2-8 faizinin neandertallardan miras qalan DPP4 geninin bir variantına sahib olduqlarını aşkar ediblər.

O, Yaxın Şərq tənəffüs sindromuna səbəb olan MERS-CoV virusunun hüceyrələrə daha asan daxil olmasına imkan verir.

Məlum olub ki, genin bu neandertal versiyası COVID-19 xəstəliyinin ağırlaşma riskini ikiqat artırır.

Ağır COVID-19-a yoluxan xəstələrdən alınan məlumatlar təhlil edilib. Onlarda neandertal geninin nəzarət qrupundan daha çox olduğu ortaya çıxıb.