Böyük Britaniya bütün ölkə əhalisinə çatacaq qədər COVID-19 əleyhinə peyvənd sifariş edib

01:40 31-12-2020 301

Böyük Britaniya Oksford Universiteti və “AstraZeneca” əczaçılıq şirkəti tərəfindən birlikdə hazırlanmış 100 milyon doza COVID-19 əleyhinə peyvənd sifariş verib.

TASS agentliyi xəbər verir ki, məsələyə münasibət bildirən Böyük Britaniyanın Səhiyyə naziri Matt Hankok sifariş edilən 100 milyon doza peyvəndin ölkənin bütün əhalisinə kifayət edəcəyini vurğulayıb.

Qeyd olunur ki, Böyük Britaniyanın Oksford Universiteti və əczaçılıq şirkəti “AstraZeneca”nın hazırladığı COVID-19 peyvəndi 2021-ci il yanvarın dördündən tətbiq ediləcək.

Peyvəndlənmə prosesi könüllülük prinsipi əsasında həyata keçiriləcək.