Tramp Ağ evdən köçdü

02:40 18-01-2021 359

ABŞ prezidenti vəzifəsini itirən Donald Tramp Ağ evdən köçüb.

Bu barədə “Reuters” xəbər yayıb.

Noyabrın 3-də keçirilən prezident seçkilərində rəqibi Co Baydenə uduzan eks prezident Donald Tramp Mayamiyə köçür.

Artıq sabiq prezident ailəsinə məxsus əşyalar iqamətgahdan çıxarılıb.