Madridin mərkəzində güclü partlayış: Evlərə ziyan dəydi - VİDEO

18:40 20-01-2021 399

İspaniyanın paytaxtı Madriddə güclü partlayış olub.

TASS agentliyi xəbər verir ki, partlayşın baş verdiyi ərazidə yerləşən yaşayış binasının bir hissəsi dağılıb.

Qonşu evlərə də ziyan dəydiyi bildirilir.

Partlayışın səbəbləri, ölən və xəsarət alanların olması barədə əlavə məlumat verilmir.