Yaponiya vaksinasiya üçün 310 milyon doza peyvənd alacaq

01:40 22-01-2021 343

Yaponiya fevralın sonunda başlanacaq vaksinasiya üçün ümumilikdə 310 milyon doza peyvənd tədarükünü təmin edəcək.

TASS-ın məlumatına görə, bu sözləri Yaponiyanın Baş naziri Yosihide Suqa deyib.

“Dünən “Pfizer” şirkəti ilə müqavilə imzaladıq. Beləliklə, biz 310 milyon doza peyvəndin tədarükünü təmin edə biləcəyik”, - deyə baş nazir qeyd edib.