ABŞ konqresmeni iclasa odlu silahla gəldi

15:00 22-01-2021 301

Kapitoli polisi respublikaçı-konqresmen Endi Harrisin ABŞ parlamentinin aşağı palatasının dünənki iclasına odlu silahla gəlməsi faktını araşdırır.

Bu barədə NBC telekanalı məlumat verib.

“Konqresin iclas zalının girişində dayanan təhlükəsizlik əməkdaşlarından biri Harrisin odlu silah gəzdirdiyini görüb və dərhal bu barədə öz rəhbərliyinə xəbər verib”, - deyə Kapitoli polisinin rəsmi nümayəndəsi bildirib. O qeyd edib ki, konqresmenin iclas zalına silahla daxil olmasına icazə verilməyib.

Qeyd edək ki, ötən həftədən etibarən konqresmenlərin metalaxtaran aparatdan keçmələri icbari qayda olaraq tətbiq edilib. Bu qərar Nümayəndələr Palatasına edilən hücumdan sonra qəbul olunub.