Binəqədi rayonunda su üzərində tikilən evlər: Günahkar kimdir? - VİDEO

21:40 22-01-2021 388

Bakı şəhəri, Binəqədi rayonu Sulutəpə qəsəbəsi çirkab sularına qərq olub.

Baku TV-nin ərazidə olan əməkdaşları problemi araşdırmağa çalışıb.

Ruslan Allahverdiyev döngə 15 ünvanında yaşayan sakinlər bildirir ki, bütün adiyyəti qurumlara müraciət etsələr də, onların səsinə səs verən olmayıb. Uzun illərdir ki, onların evləri su altında qalıb.

Məsələ ilə bağlı “Azərsu” ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Baku Tv-yə bildirib ki, vaxtı ilə su axan kanalların üstünü torpaqlayıb əraziləri satıblar: “Bu problemlər Bələdiyyədən və İcra Hakimiyyətindən qaynaqlanır. Həmin ərazidə “Azərsu” ASC-nin heç bir infrakstrukturu yoxdur. Açıq kanal hövzələrində ev tikilib. Vətəndaşlar Bələdiyyəyə və Rayon İcra hakimiyyətinə müraciət etsinlər. Yaxın gələcəkdə orda layihənin icra olunub-olunmaması ilə bağlı heç nə deyə bilmərəm”.  

Ətraflı süjeti təqdim edirik: