Yoldan çıxan sərnişin avtobusu dərəyə yuvarlandı: 21 nəfər həlak olub - VİDEO

01:00 26-01-2021 415

Braziliyanın cənubundakı Paran ştatında ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə “G1” portalı yerli hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

Belə ki, sərnişinləri daşıyan nəqliyyat vasitəsinin yoldan çıxaraq dərəyə yuvarlanması nəticəsində avtobusda olan 59 şəxsdən 21-i həlak olub, 33 nəfər xəsarət alıb.

İnsidentlə əlaqədar yol tamamilə bağlanıb.

Ərazidə 16 kilometr uzunluqda tıxac yaranıb.