Trampı təhqir edən yazılar onun evinin səmasında göründü - VİDEO

01:20 26-01-2021 454

ABŞ-ın keçmiş prezidenti Donald Trampın əleyhdarları siyasətçini yenidən məyus ediblər. Belə ki, eks-prezidentin hazırda yaşadığı Floridadakı iqamətgahı üzərində onu təhqir edən yazıların əks olunduğu bannerləri daşıyan təyyarələr uçuşub.

Hadisənin şahidləri görüntüləri foto və video formatıında “Tvitter”də paylaşıblar.

Bannerlərin birində “Tramp, sən yazıq və uğursuz adamsan, Moskvaya qayıt”, digərində isə “Tramp - tarixdə ən pis prezident” yazılıb.