Toy karvanında avtomatdan atəş açıldı – VİDEO

02:00 26-01-2021 527

Rusiyanın Tamboy vilayətində qəribə hadisə baş verib.

“RenTV” telekanlının məlumatına görə, toy karvanı küçədə hərəkət edən zaman bəyin dostu avtomobilin pəncərəsindən çölə çıxaraq, odlu silahdan havaya atəş açıb.

Avtomat səsləri ətrafdan keçən insanları təşvişə salıb. Onlar hadisə ilə bağlı polisə şikayət ediblər.

Asayiş pozucusunun şəxsiyyəti tez bir zamanda müəyyən olunub. Polis bölməsinə aparılan “atıcı” bəyin yaxın dostu olduğunu və bu yolla öz sevincini ifadə etdiyini bildirib.

Müsadirə olunan silah ekspertizaya təqdim edilib və məlum olub ki, AK-47 yalnız boş patronlarla atəş aça bilir.

Buna baxmayaraq, məsələ ilə bağlı cinayət işi açılıb.