Yeni yaradılan sprey həm COVID-19-a, həm də zökəmə təsirli ola bilər

03:00 04-02-2021 288

SARS-CoV-2 ilə mübarizədə tənəffüs yollarında immunitet sistemini aktivləşdirən yeni dərman həm də zökəm virusuna qarşı təsirli ola bilər.

Bu barədə “European Respiratory Journal”da dərc olunan məqalədə bildirilir.

Tədqiqatçılar müəyyən ediblər ki, INNA-X burun spreyi virus yükünü əhəmiyyətli dərəcədə azaldır və tənəffüs yollarında təhlükəli iltihaba təsir göstərir.

Rinovirus ən çox yayılmış tənəffüs yolları virusudur, zökəmin əsas səbəbidir, astma və xroniki obstruktiv ağciyər xəstəliyi kimi xroniki tənəffüs yolu xəstəliklərini şiddətləndirir.

Dərmanın effektivliyi insanın tənəffüs yolları hüceyrələrində özünü göstərir.

Alimlər INNA-X-in daha az təsirli antiviral immun reaksiyası olan astma xəstələrinin tənəffüs hüceyrələrinə təsirini araşdırıblar və dərmanın yüksək risk qruplarındakı insanlarda istifadə üçün uyğun olduğunu müəyyənləşdiriblər.

Sprey virusa qarşı ilk müdafiə xəttini qoruyur və infeksiyaların tənəffüs yollarına girməsini çətinləşdirir.

Mütəxəssislər vasitəni insan iştirakı ilə testdən keçirməyi planlaşdırırlar.