Amsterdamın “Qırmızı fənərlər” məhəlləsi bağlanır

08:00 04-02-2021 328

Amsterdamın şəhər rəhbərliyi “Qırmızı fənərlər” məhəlləsinin bağlanması barədə qərar qəbul edib.

“The Guardian” nəşrinin yaydığı məlumata görə, yerli hakimiyyət orqanları bu yolla Niderland paytaxtının imicini dəyişməyə çalışır.

Ölkənin ən çox turist cəlb edən məkanlarından biri olan bu məhəllənin Amsterdamın mərkəz hissəsindən xeyli aralıda yenidən qurulması təklif olunur. Belə ki, Avropanın “erotik mərkəzi” sayılan məhəllə şəhər büdcəsinə xeyli miqdarda gəlir gətirir.

Qeyd edək ki, “Qırmızı fənərlər” məhəlləsinin bağlanması təşəbbüsünü Amsterdam meri Femke Halsema irəli sürüb. Xanım merin təklifini əksər siyasi partiyalar dəstəkləyib.