İranda koronavirusdan gündəlik ölüm sayı azalıb

04:00 05-02-2021 304

İranda koronavirusdan ölənlərin sayı azalıb.

Mehrnews.com xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Lari dövlət televiziyasında yayımladığı açıqlamasında bildirib.

O, COVID-19 pandemiyası ilə bağlı son məlumatları paylaşarkən gündəlik ölüm sayının azaldığını deyib.

Lari bildirib ki, COVID-19 pandemiyasında son 24 saat ərzində daha 67 nəfər ölüb və 7 040 yeni yoluxma hadisəsi aşkar edilib.

Beləliklə, virusun yaratdığı ümumi can itkisi 58 256-ya, xəstəlik sayı 1 445 326-ya qalxıb.

Virusa yoluxan xəstələrin 3 825-nin vəziyyəti ağırdır, bu günə qədər yaxşılaşan xəstə say 1 235 581-ə çatıb.