İşğal illərində məhv edilmiş Cəbrayıl - VİDEO

22:40 06-02-2021 459

Ermənistan Cəbrayıl rayonunu işğal altında saxladığı müddətdə rayon ərazisinin, Cəbrayıl şəhərinin infrastrukturunu məhv edib.

Bu barədə HerGun.Az-ın xarici diplomatik korpusların nümayəndələri ilə Cəbrayıla səfər edən əməkdaşı xəbər verir.

Diplomatlar Cəbrayılda dağıdılan məzarlıqla tanış olublar.

Cəbrayılda infrastruktur adına bir obyekt tapmaq çətindir. Ermənistan yalnız hərbi məqsədlər üçün bir neçə tikili saxlayıb. Lakin bunlar Ermənistanın karına gəlməyib, şanlı Ordumuz Cəbrayılı düşməndən azad edib.