Etdiyi oğurluğa görə 60 il sonra üzr istədi

02:20 07-02-2021 379

ABŞ-da yaşayan 74 yaşlı kişi 60 il əvvəl törətdiyi oğurluğu etiraf edib.

Bu barədə “Hürriyet” məlumat verib. 

Etdiyi əmələ görə üzr istəyən şəxs 60 il bundan əvvəl polis əməkdaşlarından qandal oğurladığını bildirib.

Sözügedən şəxs polisə məktub yazaraq hər şeyi etiraf edib. O, polisin mübahisə zamanı qandalının yerə düşdüyünü və onu götürdüyü bildirib. Nəvələrinin bununla bağlı verdiyi suallardan utandığını vurğulayan kişi həmin qandalı təhvil vermək istədiyini qeyd edib.