Niderlandda koronavirusa yoluxanların sayı milyonu keçdi

06:20 07-02-2021 317

Niderlandda koronavirusa yoluxanların sayı bir milyonu keçib.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

Son 24 saatda ölkədə 4130 yeni yoluxma qeydə alınıb. 17 milyondan çox əhalisi olan ölkədə bir il ərzində koronavirusa milyondan artıq insan yoluxub.

Ölkədə ölənlərin sayı 14 mini keçib.