“Səfirin qızı”nda “yarpaq tökümü” davam edir - FOTO

06:40 09-02-2021 400

Türkiyədə sevilən “Səfirin qızı” serialından ayrılan sənətçilərin sayı artır.

Bu barədə “Haber Global” məlumat yayır.

Bildirilir ki, baş rol ifaçılarından biri, Nare xarakterini canlandıran Neslihan Atagül Doğulunun ayrılmasından sonra, serialın Gedizi Uraz Kayğılaroğlu da əməkdaşlığı bitirib.

Elvan obrazını canlandıran Hivda Zizan Alpın da serialdan ayrıldığı qeyd olunur.

Xatırladaq ki, bağırsaq problemləri səbəbindən səhhəti pisləşən Atagül serialdan ayrılaraq müalicəyə başlayıb.

Onun yerinə layihəyə Tuba Büyüküstün daxil olub.