Türkiyədə peyda olan məşhur monolit sirli şəkildə yoxa çıxdı - FOTO

01:00 10-02-2021 269

Türkiyənin Şanlıurfa vilayətində Göbəklitəpə yaxınlığında bir neçə gün əvvəl peyda olan metal monolit qəfil yoxa çıxıb.

DHA xəbər verir ki, 3 metr uzunluğunda, 45 sm enində olan metal sütunun əraziyə hansı formada gəlib, necə yoxa çıxması məlum deyil.

Sirli şəkildə meydana çıxan monolitin beş gün sonra eyni formada yoxa çıxması araşdırılır.