Balaca uşaq “qar uçqununun” altında qaldı - VİDEO

06:40 10-02-2021 412

Buz parçaları binanın damından bloka girmək üzrə olan ailəni yaxalayır.

Ana və digər uşağı qar uçqunundan yayına bilsə də, digər uşaq qaça bilmir, “qar uçqununun” altında qalır.  

360 TV bununla bağlı kadrları yayımlayıb.

Məlumata görə, hadisə Rusiyanın  Naxodka şəhərində qeydə alınıb.

Hazırda uşağın vəziyyəti normal qiymətləndirilir. Şahidlərin sözlərinə görə, o, sadəcə bərk qorxub.

Baş verənlərlə əlaqədar yerli prokurorluq orqanları araşdırmalara başlayıblar.