Faciəvi şəkildə vəfat edən basketbolçu Kobi Brayantın qızı modelliyə başladı - FOTO

14:20 10-02-2021 395

Keçən il helikopter qəzasında həyatını itirən basketbolçu Kobe Brayantın böyük qızı Natalya, bu yaxınlarda ilk modellik müqaviləsini imzalayıb. Yanvar ayının sonunda 18 yaşı tamam olan qız artıq Bella və Cici Hadid, Haydi Klum, Karli Kloss və digər dünya ulduzları ilə işləyən nüfuzlu “IMG Models” agentliyi ilə əməkdaşlıq edəcək.

“Spletnik”in məlumatına görə, bu barədə model agentliyinin “Instagram” hesabında bildirilib.

“Mən uşaq vaxtlarından moda ilə maraqlanmışam. Mənim bu sahəyə xüsusi məhəbbətim var. Özümü tanıyandan model olmaq arzusu ilə yaşamışam”, - deyə Natalya öz hesabından yazıb.

İstifadəçilər gənc qızı təbrik edərək, onun uğurlu model olacağına əminliklərini bildiriblər.

Xatırladaq ki, Natalyanın atası Kobi Brayant və kiçik bacısı Cianna 2020-ci ilin yanvar ayında Kalabasasda aviaqəzada həlak olub. Həmin vaxt basketbolçunun 41, Ciannanın isə 13 yaşı olub.