Ermənistanda aldadılan Qarabağ erməniləri – VİDEO

22:00 10-02-2021 302

Qarabağı tərk edən ermənilər öz ölkələrində qalmağa yer tapmırlar. Bu azmış kimi Yerəvan sakinləri də onları aldadır. 

Erməni mətbuatı yazır ki, şəhər polisi Qarabağdan gələnləri aldadaraq qazanc əldə edən fırıldaqçıları saxlayıb. 

İstintaq zamanı məlum olub ki, həmin şəxslər özlərini polisin altıncı şöbəsinin zabiti və Baş nazirin müavininin köməkçiləri kimi təqdim edərək soydaşlarından mənzil təminatı adı altında pul alıblar. 

Belə ki, fırıldaqçılar Qarabağdan gələn ermənilərə saxta mülkiyyət şəhadətnamələri verərək, onlardan pul tələb ediblər. 

Daha ətraflı Baku TV-nin süjetində: