Şarm əş-Şeyxin ətrafına beton sədd çəkildi

00:00 11-02-2021 284

Misirin populyar Şarm əş-Şeyx kurortu ətrafına 36 kilometr uzunluğunda beton sədd çəkilib.

“RİA Novosti” xəbər verir ki, qoruyucu divar kurort şəhərini səhradan ayırır.

Turistlər dörd istiqamətdə qurulmuş şəhər darvazalarından içəri daxil ola bilərlər. Keçidlər kamera və skanerlərlə təchiz olunub.

Sinay yarımadasında yerləşən turizm mərkəzinin rəhbərliyi hesab edir ki, bu tədbirlər turistlərin etibarını bərpa etməyə, onların özlərini daha təhlükəsiz hiss etmələrinə yardım göstərəcək.

Qeyd edək ki, 2005-ci ildə kurort şəhərindəki partlayışlar, 2011-ci ildə Misir inqilabı və 2015-ci ildə Rusiya təyyarəsinin burada qəzaya uğramasından sonra Şarm əş-Şeyxin populyarlığı durmadan azalır.

Pandemiya isə turizm mərkəzinin gəlirlərini sıfıra endirib.