ABŞ Myanma hərbçilərinə sanksiya tətbiq edəcək, hökumət hesabları dondurulacaq

00:20 11-02-2021 307

Bayden administrasiyası Myanmada dövlət çevrilişində iştirak edən hərbçilərə qarşı ünvanlı sanksiyalar tətbiq edəcək.

TASS xəbər verir ki, şəxsi sanksiyalarla yanaşı, Myanma hökumətinin ABŞ ərazisində yerləşən 1 milyard dollar həcmindəki bank hesabları da dondurulacaq.

“ABŞ rəhbərliyi hərbçilərin Myanma hökumətinin hesablarındakı vəsaitlərdən istifadə edə bilməməsi üçün bütün lazımı addımları atacaq. Çevrilişdə iştirak etmiş hərbçilərin özlərinə, ailə üzvlərinə və iş ortaqlarına qarşı da sanksiyalar tətbiq olunacaq”, - deyə administrasiyadan bildirilib.  

Qeyd edək ki, sanksiyaların tətbiq olunacağı şəxslərin ilkin siyahısı artıq bu həftə məlum  olacaq.