Zaqatalada azyaşlını maşın vurdu

01:20 11-02-2021 334

Zaqatalada azyaşlı oğlanı avtomobil vurub.

“Qafqazinfo”nun xəbərinə görə, hadisə şəhərin M.Nəzirova küçəsində baş verib.

Belə ki, 2012-ci il təvəllüdlü Məmmədov Tahir Seyran oğlunu yaşadığı evin yaxınlığında maşın vurub.

Yaralı yaxınları tərəfindən Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada T.Məmmədova sol topuğun və sol qolun sınığı diaqnozu qoyulub.

Hazırda onun müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.