Meksikada namizəd seçki kampaniyasında tabutdan istifadə edir - VİDEO

02:40 08-04-2021 444

Meksikada parlamentin alt palatasına keçiriləcək seçkilərin təbliğat-təşviqat prosesinə start verilib.

“İhlas Haber Ajansı” (İHA) məlumat verir ki, namizədlərdən biri siyasətçilərin koronavirus pandemiyasına laqeydliyinə diqqət çəkmək üçün seçki kampaniyasında tabutdan istifadə edir.

Karlos Mayorqa adlı namizəd kampaniyasının təbliğatına “vədlərimə əməl etməsəm, qoy məni diri-diri basdırsınlar” şüarı ilə qatılıb.

Görüntülər sosial mediada yayıldıqdan sonra siyasətçinin seçki kampaniyası geniş müzakirə olunmağa başlayıb.