Qazaxıstanda yerli “QazVac” peyvəndi ilə vaksinasiya başlanıb

06:00 27-04-2021 337

Qazaxıstan Səhiyyə Nazirliyi COVID-19 əleyhinə yerli “QazVac” peyvəndi ilə vətəndaşların kütləvi vaksinasiyasına başlayıb.

Nazirliyin rəsmi saytında yayılan məlumatda peyvəndin 18 yaşdan yuxarı şəxslər üçün tövsiyə olunduğu bildirilib.

İlk olaraq 50 min dozadan ibarət peyvəndin birinci partiyası bölgələrə çatdırılıb. May ayında ölkədə daha 50 min doza peyvəndin istehsalı gözlənilir. 

Qeyd edək ki, “QazVac” vaksini Bioloji Təhlükəsizlik Problemləri Elmi Tədqiqat İnstitutunun mütəxəssisləri tərəfindən yaradılıb. İndiyədək Qazaxıstanda aparılan vaksinasiya prosesində Rusiya istehsalı olan “Sputnik V” peyvəndindən istifadə olunub. Nazirlikdən bildirilib ki, vətəndaşlar hər iki preparat arasında seçim edə biləcəklər.