Xırdalanda 51 yaşlı qadına qonşusu küt alətlə xəsarət yetirdi

09:20 27-04-2021 338

Abşeronda bir nəfərin xəsarət alması ilə nəticələnən insident baş verib.

“Report” xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb.

Belə ki, 1970-ci il təvəllüdlü İslamova Təyyarə Əkbər qızının baş nahiyəsinə qonşusu tərəfindən küt alətlə zərbə endirilib.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Ona təpə nahiyəsinin əzilmiş yarası və qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.