Bu gündən Azərbaycanda 18 yaşına çatmış vətəndaşların vaksinasiyası başlayır

09:40 10-05-2021 324

Bu gündən Azərbaycanda 18 yaş üzərində olan vətəndaşlar koronavirusa qarşı vaksinasiyaya cəlb olunacaq.

HerGun.Az xəbər verir ki, bu günə qədər ölkədə 1 687 397 nəfər vaksinasiya edilib, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 005 678, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 681 719 nəfər təşkil edir.

Qeyd edək ki, Azərbaycanda koronavirusa qarşı peyvəndləmə prosesinə yanvarın 18-dən start verilib.